Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində işlər aparılır.
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar bu gün keçirilən konfransda deyib.
Nazir bildirib ki, bu dəyişikliklərə əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və digər məsələlərlə bağlı müddəaların təsbit olunması nəzərdə tutulur.