AZ

Rusiya MN: Ukrayna ordusu Kurskdan qaçarkən minalar və tələlər yerləşdirib

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindən geri çəkilərkən çoxlu təhlükəli tələlər, məftillər, o cümlədən çıxarılmayan qoruyucuları olan minalar qoyub.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, ukraynalılar müxtəlif növ sursatlardan, o cümlədən NATO ölkələrinin istehsalı olan sursatlardan istifadə edib.

Vurğulanıb ki, istehkamçılar bölgədəki bütün yollarda və evlərdə partlayıcı qurğuların olub-olmadığını yoxlayır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr