Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycandan xarici bazarlara sitrus meyvələrinin ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkəmizdən xaricə sitrus meyvələrinin ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,5 faiz artım qeydə alınıb.