BAKI, 28 aprel. TELEQRAF
Ermənistan mətbuatında Müdafiə Nazirliyinə məxsus avtomobilin qəzaya uğraması ilə bağlı video və şərhlər yayılıb.
Teleqraf xəbər verir ki, qəzanın Ermənistan müdafiə naziri Suren Papikyanın iştirakı ilə baş verdiyi iddia olunub.
Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib:
“Qeyd edilən məlumat yalandır, sözügedən avtomobildə müdafiə naziri olmayıb, üstəlik deyilən vaxtda Suren Papikyan evdə olub”.