Bakı şəhərində dayı bacısı qızını bıçaqlayıb.
News24.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib.
1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir. (“Qafqazinfo”)