AZ

ABŞ-ın Yəmən qaçqınlar mərkəzinə hücumu nəticəsində ölənlərin sayı 68-ə çatıb

ABŞ-ın Yəmənin şimal-qərbindəki Saada şəhərində afrikalı miqrantların saxlanma mərkəzinə hücumu nəticəsində ölənlərin sayı 68-ə çatıb, 47 nəfər isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yəmənin Ənsarullah hərəkatına bağlı husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Kanal daha əvvəl 35 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını açıqlamışdı. Yaralıların əksəriyyətinin vəziyyətinin həkimlər tərəfindən ağır kimi qiymətləndirildiyini bildirib.

Kanalın məlumatına görə, hadisə zamanı mərkəzdə 115 immiqrant olub.

Seçilən
6
operativmm.az

1Mənbələr