AZ

Çin və Azərbaycan ŞƏT platformasında aktiv əməkdaşlığı davam etdirmək üçün kifayət qədər potensiala malikdirlər - Şi Tzin(FOTO)

Bakı. Trend:

Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatı platformasındamüxtəlif sahələr üzrə aktiv əməkdaşlığı davam etdirmək üçün kifayətqədər motivasiyaya və potensiala malikdirlər.

Bunu Trend-əSinxua Universitetinin (Çin) Beynəlxalq və Regional Tədqiqatlarİnstitutunun elmi işçisi Şi Tzin bildirib

“Son illər Çin və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimiçoxtərəfli platformalarda əməkdaşlığı və qarşılıqlı əlaqəsi aktivolub. Çoxtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqdabirgə Bəyanat da onların ŞƏT çərçivəsində əməkdaşlığının məzmununutəsdiqləmiş oldu.

Mən hesab edirəm ki, hər iki ölkənin bundan sonra da ŞƏTplatformasında müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqəsi üçünkifayət qədər motivasiyası və potensialı var. Qarşılıqlı etibarındaha da artması ilə iqtisadiyyat, enerji və təhlükəsizlik kimisahələrdə əlaqələndirmə və əməkdaşlıq üçün daha da böyük potensialüzə çıxacaq”, - deyə o bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsindəimzalanmış Azərbaycan ilə Çin arasında hərtərəfli stratejitərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanatda,xüsusilə Azərbaycanın Çinin ŞƏT-də sədrliyini dəstəklədiyi və Çintərəfinin ŞƏT-in keyfiyyətli inkişafının təşviqi istiqamətindəkipraktiki səylərini yüksək qiymətləndirdiyi qeyd olunub. AzərbaycanŞƏT-in "Dayanıqlı İnkişaf İli" çərçivəsində keçiriləcək tədbirlərdəfəal iştirak etməyə və Təşkilatın üzv dövlətləri ilə hərtərəfliəməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Çin isəAzərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasınıdəstəkləyir.

Şi Tsin vurğulayıb ki, Çin Azərbaycanla münasibətlərə böyük önəmverir.

"Xüsusilə son və cari illərdə dövlət başçılarının görüşləriikitərəfli münasibətlərin səviyyəsinin yüksəldiyini təsdiqləyib.Hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində hər iki tərəf Çin iləAzərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətindəəməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər ki, bu da öznövbəsində ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafınatöhfə verəcək. Müvafiq layihələrin aktiv şəkildə həyatakeçiriləcəyi və nəqliyyat əlçatanlığının artırılmasına mühümtöhfənin veriləcəyi gözlənilir", – deyə ekspert qeyd edib.

O əlavə edib ki, “yaşıl” energetika sahəsində də iki ölkəarasında geniş inkişaf potensialı mövcuddur.

"Bildiyimə görə, Azərbaycan davamlı və təmiz energetika sahəsinifəal inkişaf etdirir. İki ölkə arasında əməkdaşlıq üçün təkcə böyükpotensial yox, həm də onun Azərbaycanda artıq görünən təzahürlərivar. Məsələn, ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrininvə Çin istehsalı olan elektromobillərin mövcudluğu, eləcə də, ÇininAzərbaycanda günəş elektrik stansiyalarının tikintisini də əhatəedən “yaşıl” energetika layihələrinə sərmayələri energetikasahəsində ikitərəfli əməkdaşlığın mühüm nümunələridir", - deyə ŞiTsin bildirib.

O vurğulayıb ki, Çin və Azərbaycan arasında hərtərəfli stratejitərəfdaşlığın məzmunu müvafiq birgə bəyanatın mətnində aydınşəkildə əksini tapıb.

"Aydındır ki, iki ölkə bir çox beynəlxalq məsələlər vəəməkdaşlıq istiqamətləri üzrə oxşar və yaxınlaşan mövqelərəmalikdir. Məsələn, nəqliyyat, bərpa olunan enerji sahələri, eləcədə, sənaye, elmi tədqiqatlar və humanitar əlaqələrin inkişafı –bunlar hərtərəfli strateji tərəfdaşlığın praktiki aspektləridir.Xüsusilə vurğulamaq istəyirəm ki, bu sənəd ikitərəfli münasibətlərüçün xüsusi önəm kəsb edir. Sənəddə əks olunan geniş əməkdaşlıqstrateji tərəfdaşlığın təzahürüdür. Strateji tərəfdaşlığın inkişafıisə birbaşa bu birgə təşəbbüslərin uğurla həyata keçirilməsindənasılıdır", – deyə Şi Tsin əlavə edib.

Çin
Seçilən
4
2
az.trend.az

3Mənbələr