Çin XİN-in rəsmi nümayəndəsi Go Cziyaqun, Pekində keçirilən mətbuat konfransında, son dövrlərdə Çin və ABŞ prezidentləri arasında telefon əlaqəsinin olmadığını bildirib. Bu, prezident Trampın, "Time" jurnalına verdiyi müsahibədə qeyd etdiyi zəngin doğruluğunu sual altına alır. Tramp, müsahibəsində Sİ Cinpinin onunla danışaraq, ABŞ tərəfindən tətbiq olunan gömrük rüsumlarını müzakirə etdiyini bildirmişdi.
Bu açıqlamalar, Çin və ABŞ arasındakı ticarət münasibətlərinin gərginləşdiyi bir dövrdə ortaya çıxır və iki gücün əlaqələrindəki şəffaflıq məsələlərini yenidən gündəmə gətirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31