AZ

Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvləri Gürcüstanda toplanışa başlayıblar

Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışında 6 idmançı iştirak edir.

Toplanışa kişi idmançılarımızdan Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov və Talib Zeynalov, qadınlardan isə Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.

Toplanış 6-13 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Seçilən
9
4
report.az

5Mənbələr