"Liverpul"un baş məşqçisi Arne Slot 2024/25 mövsümünün çempionluğunu qeyd edən zaman sələfi Yurgen Kloppu unutmayıb.
Publika.az xəbər verir ki, 34-cü turda "Tottenhem" üzərində 5:1 hesablı qələbə sayəsində vaxtından əvvəl təmin edilən Premyer Liqan çempionluğundan sonra Slot mikrofonu götürüb və "Enfild"də azarkeşlər ilə birlikdə Kloppun adına mahnı oxuyub.
Maraqlıdır ki, bir il əvvəl məhz eyni mahnı ilə Klopp özü Slotun təyinatını açıqlamış və azarkeşlərdən ona dəstək olmalarını xahiş etmişdi.