"Napoli"nin futbolçusu Stanislav Lobotka üçün Avropanın nəhəng klubları mübarizəyə girib.

Offsideplus.az xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi ilə "Mançester Yunayted", "Barselona" və PSJ maraqlanır. Neapol klubu onun üçün 40 milyon avro tələb edir, lakin bu məbləğ daha az ola bilər.

Bu barədə "Tuttomercatoweb" portalı məlumat yayıb.

Lobotka 2020-ci ilin yanvarından "Napoli"də çıxış edir. O, cari mövsüm 33 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.