AZ

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçiriləntədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birindəehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı iləkeçirilən təlim toplanışı başa çatıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətləraparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudəvaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlərkeçirilib.

Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanıiştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcısilahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onlarınistifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcısilahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmişheyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlərkeçirilib.

Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyəçıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmənobyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşməntexnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digərtəlim tapşırıqlarını icra ediblər.

Məqalədə:
Seçilən
0
32
az.trend.az

10Mənbələr