"Birləşmiş Millətlər Təşkilatı olaraq, biz qlobal dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün vətəndaş cəmiyyəti ilə birlikdə fəaliyyət göstəməkdə maraqlıyıq".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva bildirib
O deyib ki, dəyişən dünyada həmrəylik olduqca böyük əhəmiyyət daşıyır:
"Bu gün keçirilən forum da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bugünkü forumda iştirak edən tərəflər ortaq dildə, həmrəylik dilində danışırlar. Çünki yalnız həmrəylik və məsuliyyət hissləri ilə biz bütün məqsədlərə nail ola biləcəyik".