Bakı. Trend:
Cari ilin 1 aprel tarixinə Azərbaycanın daxili dövlət borcu 18milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, daxili dövlət borcu 2025-ciilin 1 yanvar tarixiilə müqayisədə 658,4milyon manat azalıb.
Hesabat tarixinə daxili dövlət borcunun 8,8 milyard manatıdövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,2 milyard manatıisə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərininpayına düşür.