AZ

Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsünün kimliyi məlum oldu

BAKI, 28 aprel. TELEQRAF

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyə məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu Ramiz Rasim oğlu Umudovdur.

Polis tərəfindən saxlanılan R. Umudovun barəsində araşdırma aparılır.

Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Seçilən
3
29
teleqraf.com

10Mənbələr