AZ

“İnter” öz meydanında məğlub oldu – VİDEO

İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, günün ilk matçlarında "Milan" və "Komo" hərəyə 3 xal qazanıblar.

"İnter" bu turadək A Seriyasında ardıcıl 17 oyunda uduzmayan "Roma"nı qəbul edib. 
 

Rəqiblərin əvvəlki dörd görüşündə Milan təmsilçisinin qalib gəlməsinə baxmayaraq, bu dəfə paytaxt təmsilçisi bir qolla qələbəyə sevinib. "Fiorentina" və "Yuventus" da növbəti qələbələrini qazanıblar. Evdə ilk 10-luqdakı "Torino"ya qalib gələn "Napoli" isə yenidən liderliyə yüksəlib.


İtaliya

A Seriyası, 34-cü tur

27 aprel

14:30. "Venesiya" - "Milan" 0:2

14:30. "Komo" – "Cenoa" 1:0

17:00. "İnter" - "Roma" 0:1

17:00. "Fiorentina" - "Empoli" 2:1

20:00. "Yuventus" - "Montsa" 2:0.


Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr