AZ

Türkiyə hərbi təyyarələri Pakistana göndərdi

Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib.

Axar.az xəbər verir ki, bu barədə “Flaytradar” izləmə xidmətinin məlumatlarında qeyd olunub.

Pakistan mənbələrinə görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya enib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib.

Seçilən
9
7
axar.az

8Mənbələr