"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev sabiq klubu "Rubin"in qonağı olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya çempionatının 26-cı turu çərçivəsində keçirilən "Rubin" - "Fakel" matçında olub.
O, “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Berdıyev simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Əlavə edək ki, 72 yaşlı mütəxəssis 2001-13 və 2017-19-cu illər arasında "Rubin"ə başçılıq edib. O, Tatarıstan klubu ilə 2 dəfə Rusiya çempionu olmağı bacarıb.