Bakı. Trend:
Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılmasıüçün bir məkana çevrilə bilər.
Trend xəbər verirki, bunu Kuala-Lumpurun meri, BMT-nin Yaşayış Məskənləri üzrəProqramının (UN HABITAT) keçmiş icraçı direktoru Maymuna Mohd ŞərifQlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdəhəmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-ləriningücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanıbildirib.
"Regionumuzun üzləşdiyi struktur çağırışlar – yoxsulluq,bərabərsizliyin dərinləşməsi, ətraf mühitin deqradasiyası vəmünaqişələr – əlaqələndirilmiş səyləri, davamlı əməkdaşlığı və buməsələlərin müzakirəsi üçün platformaları tələb edir," – deyə obildirib.
Onun sözlərinə görə, Qlobal Cənub QHT-ləri Şəbəkəsi məhz beləbir platformadır.
"Əminəm ki, bu şəbəkə vətəndaş cəmiyyəti səylərininbirləşdirilməsi, təcrübə mübadiləsi və reallıqlarımızı vəarzularımızı əks etdirən qlobal siyasətin formalaşdırılması üçünbir məkan olacaq", – deyə Şərif vurğulayıb.
O, həmçinin, Azərbaycanın beynəlxalq arenadakı liderliyinədiqqət çəkib.
"Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlikedərkən çoxtərəfliliyin və inklüziv dialoqun təşviqində mühüm roloynayıb", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, hazırkı geosiyasi qeyri-sabitlik vədərin fikir ayrılıqları şəraitində xüsusilə vacibdir.
Şərif qeyd edib ki, Azərbaycan COP29 zamanı Qlobal CənubQHT-ləri Şəbəkəsinin yaradılmasına töhfə verərək inklüzivlikprinsipinə sadiqliyini nümayiş etdirib.
O əlavə edib ki, 137 ölkədən minə yaxın vətəndaş cəmiyyətitəşkilatını bir araya gətirən bu təşəbbüs, Qlobal Cənub ölkələrininbirgə çıxış etməsi və fəaliyyət göstərməsi üçün vahid platformayaolan kəskin ehtiyacı əks etdirir.