AZ

Əmək müqavilələrinin sayında artımın 90%-i özəl sektorun payına düşüb - Anar Əliyev

Bakı. Trend:

2018-2025-ci illər ərzində əmək bazarı ilə bağlı görüləntədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4%artıb və bu artımın 90%-i özəl sektorun payına düşüb.

Trend xəbərverir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilkkollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma vəsüni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalininsosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9dəfə, o cümlədən, qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədəkartıb:

"Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi vəməşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindənsonrakı dördə bu kateqoriyadan olan 131 min unikal şəxsə ümumilikdə380 minə yaxın sosial xidmət göstərilib, Şəhid ailələrinin vəmüharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2dəfəyədək artırılıb. Son beş ildə onlara 6 800 mənzil və müharibəəlillərinə isə 567 avtomobil verilib".

"26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən, 12,4 minnəfər özünüməşğulluq proqramına, 1 070 nəfər isə peşə hazırlığınacəlb edilib.

11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiyaxidməti göstərilib, o cümlədən, 492 hərbçiyə 609 yüksəktexnologiyalı protez, 2 300 müharibə əlilinə 70 min reabilitasiyavasitəsi təqdim olunub, - deyə nazir bildirib.

Seçilən
3
az.trend.az

1Mənbələr