Bu gün “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç paytaxtımıza səfər edib. FİDE prezidentindən başqa ikiqat dünya çempionu Çju Çen və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da Bakıya səfər edənlər arasındadır.
Onlar bu gün “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcəklər.
Tədbir saat 14:30-da, Bakı Kristal Zalının Sərgi Mərkəzində baş tutacaq.