AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənub QHT-ləri üçün qrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir

Bakı. Trend:

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənub QHT-ləri üçünqrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir.

Trend xəbərverir ki, bu sözləri Dövlət Agentliyinin icraçı direktoru AygünƏliyeva bu gün Bakıda keçirilən Qlobal Cənub Platformasının təsiskonfransı zamanı deyib.

"Biz Qlobal Cənub QHT-lərinin Azərbaycana olan marağına çoxsevinirik. Tədbirdən öncə Agentliklə və ayrı-ayrı AzərbaycanQHT-ləri əməkdaşlıq memorandumlarının imzalanması ilə bağlıtəkliflər də almışıq. Biz iki gün ərzində çalışacağıq ki,fəaliyyətin davamlılığı üçün bu anlaşma memorandumlarını imzalayaq.Gələcəkdə Qlobal Cənub QHT-lərinə yardım göstərilməsi üçün qrantproqramlarının genişləndirilməsini Agentlik hal-hazırda nəzərdənkeçirməkdədir. Bu proqramlar, xarici təşkilatlara özfəaliyyətlərini reallaşdırmaq və qlobal problemlərə həll tapmaqüçün imkan yarada bilər. Azərbaycan QHT-ləri ilə birlikdə ideya vətəşəbbüsləriniz olarsa, Agentliyin qrant müsabiqələrinə müraciətedə bilərsiniz", - o bildirib.

Onun sözlərinə görə, bu qrantlar yalnız maliyyə dəstəyi deyil,həm də Qlobal Cənub QHT-lərinin bilik və bacarıqlarınınartırılmasına və şəffaf fəaliyyət üçün resurslarla təminedilməsinə, qlobal problemlərin çözülməsində QHT-lərin rolunun dahada artırılmasına şərait yaradacaq.

"Əminəm ki, iki gün davam edəcək konfrans QHTlərin maraqlıtəklifləri və uğurlu təşəbbüsləri ilə yadda qalacaq, yaradılacaqQlobal Cənub QHT Platforması isə BMTdə də daxil olmaqla bir çoxmühüm təşkilatlarda bu regionda təmsil olunan milyonlarla insanınsəsinə çevriləcək. Çox qürur duyuruq ki, Agentlik bu platformanınyaradılmasında tərəfdaşlardan biridir və bu gün bu zalda əyləşənQlobal Cənubu təmsil edən vətəndaş cəmiyyətinin üzvlərininsayəsində tarixi hərəkatın yaradılmasına şahidlik edirik. Siz qədimirsə və qonaqpərvərliyə malik bir ölkədəsiniz və burada özünüzüVətəninizdə kimi hiss edə bilərsiniz. Qarşıdakı günlər ərzində sizizəngin mədəni proqram və faydalı müzakirələr gözləyir", - obildirib.

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-əyaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHTrəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı iləQlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Butədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünyaölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaşcəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

2Mənbələr