AZ

PKK-nın sonu: Süleymaniyədə gizli konqres keçirilib

BAKI, TurkicWorld

PKK terror təşkilatı dünən İraqın Süleymaniyə şəhərində məhdud sayda şəxsin iştirakı ilə sakit və səssiz bir konqres keçirib.

TurkicWorld xəbər verir ki, formal xarakter daşıyan toplantıya PKK-nın yüksək rütbəli rəhbərlərinin əksəriyyəti videokonfrans vasitəsilə qatılıb.

Konqresdə təşkilat fəaliyyətinə son vermək qərarı verib və bu qərar Ankaraya bildirilib.

Məlumata görə, Ankara bu qərarı İmralıya göndərəcək, Abdullah Öcalana imzaladılacaq və daha sonra ortaq bir bəyanat hazırlanaraq Qəndil (İraq ərazisində PKK terror təçkilatının qərarlaşdığı ərazi) göndəriləcək.

Gözləntilərə əsasən, yaxın günlərdə PKK-nın fəaliyyətinə son verməsi ilə bağlı qərar Cemil Bayık, Besê Hozat, Duran Kalkan və Murat Karayılan tərəfindən oxunaraq ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, qərarın detalları hələlik tam olaraq açıqlanmayıb.

Həmçinin qeyd edək ki, ​DEM Partiyası, 2024-cü ilin sonlarından etibarən İmralı adasına bir neçə dəfə nümayəndə heyəti göndərib. Bu səfərlərin məqsədi, PKK lideri Abdullah Öcalan ilə görüşərək, terrora son verməkdir.

İlk səfər – 28 dekabr 2024-cü il: Bu tarixdə İmralıya gedən heyətdə Pervin Buldan və Sırrı Süreyya Öndər iştirak edib.​

İkinci səfər – 22 yanvar 2025-ci il: Eyni heyət üzvləri, yəni Pervin Buldan və Sırrı Süreyya Öndər, İmralıya ikinci dəfə səfər edib.​

Üçüncü səfər – 27 fevral 2025-ci il: Bu dəfə heyət genişləndirib ( Ahmet Türk, Pervin Buldan, Sırrı Süreyya Öndər, Tülay Hatimoğulları, Tuncer Bakırhan, Cengiz Çiçek, Faik Özgür Erol​).

Bu görüşmədən sonra, Abdullah Öcalan tərəfindən PKK-ya silah buraxma çağırışı edilib və bu çağırış İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim olunub.​

Seçilən
4
turkic.world

1Mənbələr