
“Qrenlandiya əsla alına biləcək bir mülk olmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Qrenlandiyanın Baş naziri Yens Frederik Nielsen Danimarkaya səyahəti sırasında baş tutan mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ-nin Qrenlandiya haqqında etdiyi açıqlamalar hörmətsizcə idi.
Baş Nazir Vaşinqton hökuməti ilə dialoqa açıq olduqlarını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yenidən vəzifəyə gələndən bu yana Qrenlandiyanı ölkəsinin nəzarətinə almaq istəyini dəfələrlə dilə gətirib.
Lamiyə Məmmədova