AZ

ABŞ-də bərə ilə qayıq toqquşdu: 1 nəfər öldü

ABŞ-nin Florida ştatında bərə ilə xüsusi qayıq toqquşub.

Far.Az xəbər verir ki, Clearwater Polis Departamentinin məlumatına görə, hadisə Memorial Causeway körpüsünün yaxınlığında baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

Yanğınsöndürənlər bərədəki bütün sərnişinləri təxliyə edib. Hadisə zamanı 50 nəfərlik bərədə 42 sərnişin olub. Yaralananların hamısının bərədə olduğu bildirilib. Qayıq isə hadisə yerindən qaçıb. Faktla bağlı ABŞ Sahil Mühafizəsi tərəfindən araşdırma aparılır.

Seçilən
6
far.az

1Mənbələr