AZ

Pistorius: Rusiyanın Ukraynadakı qələbəsi NATO üçün böyük təhlükə yaradacaq...

Almaniya müdafiə naziri Boris Pistorius Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə NATO-ya “maksimum təhlükə”dən danışıb...

Almaniyanın müdafiə naziri Boris Pistorius əmindir ki, ABŞ Kiyevə dəstəyi tamamilə dayandırsa belə, Berlin Ukraynaya kömək etməyə davam edəcək. Onun fikrincə, Rusiyanın Ukrayna ilə münaqişədə qalib gəlməsi NATO üçün təhlükələr yaradacaq.

Poliqon xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris “Tagesschau” nəşrinə bildirib. Nazir vurğulayıb ki, Ukraynaya növbəti hərbi yardımın göstərilməsi hökumətin koalisiya sazişində öz əksini tapıb.

“Ukrayna uduzsa, Putin Ukraynanı, hətta onun əhəmiyyətli bir hissəsini işğal etməsi mənasında bu müharibədə qalib gəlsə, bu, NATO ərazisi və yeri gəlmişkən, Moldova və Gürcüstan kimi qonşu ölkələr üçün maksimum təhlükə yaradacaq”, deyə Pistorius qeyd edib.

Nazirin sözlərinə görə, hamıya aydın olmalıdır ki, söhbət təkcə Ukrayna ilə həmrəylik deyil, Avropada təhlükəsizlik və sülhdən gedir.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr