AZ

Anar Əliyev: 7,6 milyard manatlıq sosial dəstək 4 milyon nəfəri əhatə edib

​BAKI, 28 aprel. TELEQRAF

2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib.

Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan konfransda deyib.

O bildirib ki, bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib.

Onun sözlərinə görə, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artmışdır. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr