Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla İran İslamRespublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyonABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 22,3 milyon ABŞ dolları və ya 16,5% çoxdur.
Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan İran İslamRespublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya50,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə İran İslam RespublikasındanAzərbaycana 248,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6milyon ABŞ dolları və ya 15,7% artım deməkdir.
2024-cü il ərzində isə iki ölkə arasında ticarətəməliyyatlarının həcmi 647,1 milyon ABŞ dolları həcmində olub ki,bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞdolları və ya 32,8% çoxdur.
Ötən il İran İslam Respublikası ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 1,36%-i həcmində olub.
Belə ki, ötən il Azərbaycandan İran İslam Respublikasına 14milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ilin eynidövrü ilə müqayisədə 299 min ABŞ dolları və ya 2,1% azdır.
Eyni zamanda, 2024-cü ildə İran İslam RespublikasındanAzərbaycana 633,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 160milyon ABŞ dolları və ya 33,8% artım deməkdir.
Beləliklə, son illərin statistik göstəricisindən də göründüyükimi, iki ölkənin ticarət dövriyyəsi yüksələn xətlə inkişafetməkdədir.