AZ

Putin Kim Çen Ina Kurskun azad edilməsinə görə təşəkkür edib

Kremlin mətbuat xidmətinin yaydığıməlumata görə, bu barədə Rusiya dövlət başçısının bəyanatında məlumat verilib.

Ukrayna Kurskda 74450-dək hərbçi itirib
"Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissləri əsasında hərəkət etdilər. Biz bunu yüksək qiymətləndiririk və şəxsən KXDR-in Dövlət İşləri üzrə Sədri yoldaş Kim Çen Ina, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk", - bəyanatda deyilir.

Putin aprelin 26-da Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsi münasibətilə rus hərbçilərinitəbrik etmişdi.O, hərbçilərə göstərdikləri qəhrəmanlığa görə təşəkkür edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə ilk dəfə olaraq KXDR hərbçilərinin döyüşlərdə iştirakını təsdiqlədi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural Tağıyev
AzVision.az

Seçilən
5
azvision.az

1Mənbələr