ABŞ Dövlət Departamenti Şimali Koreyanı (KXDR) öz qoşunlarını Rusiyadan çıxarmağa, Rusiyanı isə bu ölkəyə hər cür dəstəyi dayandırmağa çağırıb.
Herbiand.az bildirir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, departamentin mətbuat katibinin bəyanatı KXDR Mərkəzi Xəbər Agentliyinin öz qoşunlarının Ukraynaya qarşı müharibədə ilk dəfə olaraq Rusiya tərəfinə yerləşdirilməsini təsdiqləməsindən bir neçə saat sonra ortaya çıxıb.
Dövlət Departamenti xüsusilə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən KXDR kimi üçüncü ölkələr məsuliyyət daşıyır: “Rusiyanın Şimali Koreya əsgərlərinə təlim keçməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur”.
Bəxtiyar CƏFƏRLİ