“Bu cür şayiələri yayanların məqsədlərindən biri də insanların döşək altında gizlətdiyi dollarları dövriyyəyə qaytarmaqdır...”
“ABŞ dollarının guya çökəcəyi haqda mülahizələr səslənməkdədir. Siz bu sahədə mütəxəssis olmasanız da, yəqin ki, dünyada tanınmış peşəkar iqtisadçı və maliyyəçilərin araşdırmaları ilə maraqlanırsız. Hansı nəticəyə gəlirsiz hazırda dünyanın ən güclüsü olan Amerika valyutasının taleyi ilə bağlı?”
Moderator.az əməkdaşının bu sualını siyasi analitik Tahir Cəfərli qısaca cavablandırıb:
“Bu gün də dünyanın ən güclü valyutası olmaqda davam edən Amerika dolları haqda bu cür şayiələri yayanlar müəyyən məqsədlər güdürlər. Belə məqsədlərdən biri də insanların döşək altında gizlətdiyi dollarları dövriyyəyə qaytarmaqdır. Amma təhılillər göstərir ki, əksinə, ABŞ prezidenti Donald Trampın sülh siyasəti ilə paralel apardığı nyuroteksionist siyasət çərçivəsində tarif müharibələri nəticəsində dünya ticarətində və iqtisadiyyatında dollar daha da güclənəcək. Nəzərə alsaq ki, hazırda dünya ticarətinin 98 %-i dollarla, qalanları funt sterlinq, avro, yuan ilə və s. aparılır, ABŞ-ın maliyyə diktəsindən heç bir ölkə çıxa bilməz - o saat dağılar. Yadınıza Liviyanı salın...”