"İnter Mayami" cari mövsüm MLS-də ilk dəfə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın istirahət etdiyi görüşdə Florida təmsilçisi "Dallas"ı qəbul edib.

Matçın 56-cı dəqiqəsində "İnter Mayami" hesabı 3:1 edir. Lakin qonaqlar görüşdə geri dönüş etməyi bacarıb. Onlar 3 qol vuraraq matçdan qələbə ilə ayrılıb.

"İnter Mayami" hazırda 18 xalla Şərq Konfransında 5-ci yeri tutur. Onların növbəti rəqibi "Nyu York Red Bullz" olacaq.