AZ

Kurban Berdıyev Rusiyada adına verilən sektorun açılışına qatıldı

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.

Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya Premyer Liqasının 26-cı turunda Kazan təmsilçisinin “Fakel”lə oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev simvolik olaraq matçda topa ilk toxunuşu yerinə yetirib.

Baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Seçilən
3
10
fanat.az

10Mənbələr