AZ

Netflix-in CEO-su “Kinonu öldürdün” deyənlərə cavab verdi

Yazını böyüt
Yazını kiçilt

Netflix-in CEO-su Ted Sarandos platformanın Amerika kino sənayesinə zərər vurması ilə bağlı tənqidlərə cavab verib.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Sarandos TIME100 sammitində tənqidləri qəbul etmədiyini və "Biz Hollivudu xilas edirik" deyib.

CEO Los-Ancelesdəki Bay Theatre və New Yorkdakı Paris Theatre kimi böyük kinoteatrları satın alaraq alış-veriş mərkəzinə çevrilməkdən xilas etdiklərini bildirib.

Netflix, məhdud sayda olsa belə, mükafat qazanmaq istədiyi filmləri kinoteatrlarda nümayiş etdirməlidir.

2019-cu ildə yayımlanan “Knives Out” filminin Netflix-in davamı olan “Glass Onion: A Knives Out Mystery”, məhdud sayda kinoteatrlarda nümayiş olunmasına baxmayaraq, beş gündə 13,3 milyon dollar, bir həftədə isə 15 milyon dollar gəlir əldə edərək platforma rekordları qırıb. 2022-ci il filmi Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari nominasiyasında Oskar mükafatına namizəd olub.

2024-cü ildə Netflix istehsalı olan Emilia Perez də Ən Yaxşı Köməkçi Aktrisa və Ən Yaxşı Orijinal Mahnı nominasiyalarında Oskar qazanıb.

Bu istehsalların kinoteatrlarda nümayişinin filmlərin tanınmasını artırdığını ifadə edən Sarandos, hər zaman istehlakçıları ön planda tutduqlarını vurğulayıb: “Mən işlədiyimiz hər bir rejissoru istehlakçıya, kinosevərlərə diqqət yetirməyə təşviq etməyə çalışmışam. Dedim ki, bir film çək, onlar sevəcək, səni mükafatlandıracaqlar”.

Sarandos, filmlərin yalnız teatr nümayişi üçün çəkilməsinin “köhnəlmiş” bir fikir olduğunu bildirib və Hollivudun bu perspektivdə ilişib qalmaqdansa, dəyişikliyə uyğunlaşmalı olduğunu qeyd edib.

Seçilən
17
hafta.az

1Mənbələr