İranda fəaliyyət göstərən məşhur “DJ Kala” internet satış saytı Azərbaycan Respublikasının bayrağı və onun simvollarını satış üçün qadağan olunmuş mallar siyahısına daxil edib. Saytda yayımlanan siyahıya əsasən, Amerika, İsrail və Azərbaycanın bayraqları satışdan çıxarılıb və bu simvolların istifadəsi qadağan olunub.
Maraqlıdır ki, Azərbaycan bayrağı burada narkotik maddələr, spirtli içkilər və etikaya zidd məhsullarla eyni kateqoriyada təqdim olunub. Bu addım İran-fars molla rejiminin Azərbaycan Respublikasına və ümumilikdə Azərbaycan türk millətinə qarşı yürütdüyü növbəti açıq-aşkar düşmənçilik və anti-Azərbaycan siyasətinin bariz nümunəsidir.
İran rejimi illərdir ki, öz daxilində yaşayan milyonlarla Azərbaycan türkünə qarşı sistemli ayrı-seçkilik və təzyiqlər həyata keçirir. İndi isə Azərbaycan Respublikasının rəsmi dövlət simvollarını təhqir etməklə bu siyasəti bir daha nümayiş etdirir.