Rusiyanın energetika naziri Sergey Tsivilev Moskva ilə Tehran arasında təbii qaz tədarükü ilə bağlı əldə olunan razılaşma çərçivəsində Rusiyanın bu il İrana təbii qaz nəqlinə başlayacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazir Tsivilev bəyan edib ki, illik təbii qaz nəqli 1,8 milyard kubmetrə çata bilər. Bildirilib ki, qaz mövcud infrastruktur vasitəsilə Azərbaycandan yan keçən kəmərlə İrana çatdırılacaq.
İki ölkənin enerji şirkətləri arasında qiymət danışıqlarının hələ də davam etdiyini deyən Tsivilev, "Bu, sırf kommersiya məsələsidir. Biz dövlət olaraq bu prosesə müdaxilə etmirik. Hazırda şirkətlər ən uyğun qiymətə razılaşmağa çalışırlar" deyib.
İranın neft naziri Möhsün Paknejad da mövzu ilə bağlı açıqlama verərək, layihənin hələ son mərhələsinə çatmadığını, lakin tezliklə bəzi texniki və kommersiya detallarına aydınlıq gətirəcəyini ümid etdiklərini bildirib.