Türkiyədə Suriya vətəndaşı olan Muhammed Nur el Muhammed (2) 3 mərtəbəli binanın ikinci mərtəbəsindən zibil konteynerinə düşərək yaralanıb.
News24.az xəbər verir ki, hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq qrupları yaralı uşağı xəstəxanaya aparıb. Onun sağ qolunda sınıq olduğu öyrənilib.
Digər tərəfdən kiçik uşağın evin pəncərəsindən yıxıldığı an təhlükəsizlik kamerasına düşüb. Kadrlarda uşağın zibil qutusuna düşməsi və zibil qutusunun içindəki pişiyin təşviş içində çölə çıxması anları əks olunub.
Günel Məlikzadə
Həmin anları təqdim edirik: