AZ

Viza ləğvindən sonra pakistanlılar kütləvi şəkildə Hindistanı tərk ediblər

Cammu və Kəşmirdəki terror aktından sonra Nyu-Delhinin vizaları ləğv etmək qərarı ilə əlaqədar Hindistanı tərk etməli olan Pakistan vətəndaşlarının demək olar ki, hamısı ölkədən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti yazıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 24-dən etibarən 537 Pakistan vətəndaşı Hindistanın Pəncab ştatındakı Attari nəzarət-buraxılış məntəqəsi vasitəsilə ölkəni tərk edib.

Hindistan Xarici İşlər Nazirliyi aprelin 24-də Pakistan vətəndaşlarına vizaların verilməsinin dərhal dayandırılması və əvvəllər verilmiş sənədlərin aprelin 27-dən ləğv edilməsi barədə qərar qəbul etdiyini elan edib. Pakistan vətəndaşlarına verilmiş tibbi vizalar yalnız aprelin 29-dək etibarlı olacaq. Nyu-Delhi bu tədbirləri Hindistanın Cammu və Kəşmir ittifaq ərazisində 26 nəfərin həlak olduğu terror aktından sonra qəbul edib.

Seçilən
13
5
report.az

6Mənbələr