ABŞ prezidenti Donald Tramp sülh danışıqlarına baxmayaraq, Rusiyanın Ukraynaya raket hücumlarından məyus olduğunu dilə gətirib.
Publika.az xəbər verir ki, Tramp “Morristown” hava limanında təyyarəyə minməzdən əvvəl jurnalistlərə ölkəsinin xarici siyasəti ilə bağlı açıqlama verib.
Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşünün yaxşı keçdiyini bildirib. Lakin qeyd edib ki, danışıqlar zamanı davam edən bombardmanlar onda təəccüb doğurur.
O, Rusiya prezidenti Vladimir Putinlə bağlı məyusluğunu vurğulayıb: "Rusiyanın raket atması mənə xəyal qırıqlığı yaşatdı. Çox məyus oldum. Onun bombardmanı dayandırmasını, oturub müqavilə imzalamasını istəyirəm".