AZ

Mahmud Qurbanovun çempionluq rekordu təkrarlandı

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.

Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi 2024/25 mövsümünü də qızıl medallarla başa vuracaq.

Çünki onun komandası 32-ci turda “Sabah”la bərabərə qalaraq, sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib. 2012-ci ildən “Qarabağ”ın şərəfini qoruyan 34 yaşlı futbolçu bütün çempionluqları məhz bu komanda ilə əldə edib. Belə ki, o, daha əvvəl 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərini də qızıl medalla başa vurub.

Hüseynov bununla Azərbaycan çempionatları tarixinin rekordçu çempionu Mahmud Qurbanovun göstəricisini təkrarlayıb. Qurbanov 6 müxtəlif klubda bu nailiyyətə imza atmışdı. O, “Kəpəz”lə (1994/95, 1997/98, 1998/99) və “Neftçi” ilə üç (1996/97, 2003/04, 2004/05), “Şəmkir”lə iki (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı” ilə bir dəfə (2008/09) çempionluq kubokunu başı üzərinə qaldırmışdı.

Seçilən
9
msport.az

1Mənbələr