Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kurskun azad edilməsi ilə bağlı prezident Vladimir Putinə məruzəsində Şimali Koreya əsgərlərinin də bu döyüşlərdə iştirak etdiyini, qəhrəmanlıqlar göstərdiyini bildirib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bu açıqlamadan irəli gələn bəzi məqamları şərh edib:
“Bu açıqlama ilə faktiki olaraq Rusiya təkbaşına Ukrayna ilə savaşa bilmədiyini bəyan edib.
Rusiya bugünə qədər Şimali Koreyanın Ukrayna müharibəsində iştirak etdiyi etiraf etmirdi. Gerasimovun məruzəsi isə bunula bağlı rəsmi etiraf idi. Baxmayaraq ki, dünya bundan çoxdan xəbərdar idi. Bir neçə Şimali Koreya əsgəri əsir götürülmüş, onlarla bağlı məlumatlar Ukrayna tərəfindən ictimailəşdirilmişdi.
Kurskla bağlı xəbərlər də özünün tam təsdiqini tapmır. Yəni Kurskun Rusiya-Şumali Koreya əsgərləri tərəfindən tam azad edilməsi ilə bağlı deyilənlər digər mənbələr tərəfindən təsdiqlənmir.
Rusiya bugünə qədər Qərbi Ukraynaya hərbi yardım göstərməkdə ittiham edirdi. Bu məruzəıdən sorna eyni ittihamı Rusiyaya qarşı irəli sürə bilərlər. Deyə bilərər ki, Şimali Koreya Rusiya tərəfindən müharibəyə cəlb edilib və hərbi əməliyyatlarda əsgəri baxımdan iştirak edir”.
Seymur ƏLİYEV