BAKI, 28 aprel. TELEQRAF
7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 52 243 fələstinli həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Al Jazeera” televiziya kanalı Qəzzadakı Həmas rəhbərliyinə istinadən məlumat yayıb.
Onların 18 mindən çoxu uşaq, 12 mindən çoxu isə qadındır. Ümumilikdə, həyatını itirənlərin 65%-dən çoxunun qadınlar, uşaqlar və yaşlı insanlar olduğu bildirilir.
Qəzza hökumətinin yaydığı açıqlamada vurğulanır ki, bu müddət ərzində 2 180 fələstinli ailə tamamilə məhv edilib, yəni ailədə ata, ana və bütün digər üzvlər öldürülüb. Əlavə olaraq, daha 5 070 ailə qismən məhv edilib və bu ailələrdə yalnız bir nəfər sağ qalıb.
Bundan əlavə, İsrailin hərbi əməliyyatları nəticəsində 1 400-dən çox həkim və tibb işçisi, 113 mülki müdafiə əməkdaşı, 212 jurnalist həyatını itirib.