AZ

Zərifə Əliyeva dünya oftalmologiyasının parlaq siması, insanlara nur bəxş edən görkəmli alim idi

Bakı. Trend:

Bu gün əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademikZərifə Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. Zərifə xanımtanınmış oftalmoloq, tibb elmləri doktoru, professor, akademik,SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü və ictimai xadim idi.Onun parlaq şəxsiyyəti dərin zəka, yüksək humanizm, Vətənə sevgi,ailəyə sədaqət kimi ali dəyərlərin harmoniyası idi. Zərifə xanımınhəyatı təkcə bioqrafiya deyil, gələcək nəsillər üçün mükəmməlnümunə, örnək idi.

Heç şübhəsiz, akademik Zərifə Əliyevanın doğulub böyüdüyü ailəmühiti onun gələcək taleyini müəyyənləşdirib. Zərifə xanım görkəmlidövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevinailəsində dünyaya göz açıb, onun işıqlı həyat yolu məhz sağlam ailədəyərlərindən qaynaqlanıb. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsidərin, oftalmologiya elminin inkişafındakı xidmətləri isə zəngin vəçoxşaxəlidir. O, milli oftalmologiya tibbini inkişaf etdirməkləyanaşı, dünya tibb elminə çox böyük töhfə verib. Onun əsas elminailiyyətlərindən biri - peşə göz xəstəliklərinin profilaktikasısahəsindəki tədqiqatları olub. Bu, yalnız sıravi pasiyentlər üçündeyil, həm də dövlətin sağlamlıq siyasətinin irəliyə aparılmasındaəhəmiyyətli rol oynayıb.

İstedadlı həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim,xeyirxah insan Zərifə Əliyeva Azərbaycan qadınının ali obrazınıcanlandırır. O, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana, millidəyərlərə bağlı qadın kimi bu gün xatirələrdə yaşayır.

Ulu Öndər Heydər Əliyev Zərifə xanımı “böyük insan” kimisəciyyələndirirdi. Zərifə xanımın həssas ürəyi, insansevərliyi,kübar mədəniyyəti, əsilzadə nəcabəti Ulu Öndərin ona olan sonsuzduyğularını həyatı boyu qoruyub saxlamışdı. Ümummilli Lider HeydərƏliyev deyirdi ki: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi iləbağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də buyolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətləçalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük roluolub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çoxyüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımınbütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikirverməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinədüşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətləyerinə yetirib”.

Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqındasöylədiyi fikirlər, onun həyat yoldaşına olan dərin sevgisini,hörmətini və ona duyduğu yüksək ehtiramı açıq şəkildə göstərib.Həmçinin, Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu fikirləronun şəxsi həyatının dövlət fəaliyyəti ilə necə əlaqələndirildiyinivə Zərifə xanımın onun həyatında tutduğu əhəmiyyətli yerivurğulayır.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqcaçoxdur, lakin onun ən şərəfli titulu “Ana” adı olub. Zərifə xanımiki gözəl övlad tərbiyə etmişdi, Vətənə və dövlətə faydalı!

O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqlidavamçısı Prezident İlham Əliyevin anasıdır. Prezident İlham Əliyevanasının əziz xatirəsini yad edərək deyib: “Zərifə xanım, sözün əslmənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinəöz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çoxböyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görməqabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onunlaboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda birtərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiriöyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkiledilmişdir.

Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onunəsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığınıitirmir.

Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvüseçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmindəən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür.

Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinədayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxahinsan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkimpeşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda,həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlıda fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlıonun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlərbu gün də hər bir həkim üçün əsas olmalıdır”.

Dünya oftalmologiya elminin tanınmış simaları da Zərifə Əliyevahaqqında yüksək fikirlər söyləyiblər. Akademik Arkadi Nesterovdeyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər:“Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə,dostlarına böyük məhəbbət onun şəxsiyyətində müstəsnazəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq,tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdəqaynayıb-qovuşmuşdu”.

Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 1966-1986-cıillərdə direktoru olmuş Kseniya Trutneva isə yazırdı ki, ZərifəƏliyevanın apardığı tədqiqatlar həcminə və vacibliyinə görəseçilir, sosial-iqtisadi baxımdan əvəzsizdir: “Bu nadir tədqiqatlarnəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitiniyaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanıb,istehsalata tətbiq edilib”.

Professor, Əməkdar elm xadimi Nina Şulpina da Zərifə xanımın biralim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi iləinsanı heyrətə gətirdiyini söyləyirdi: “O, canlı zəkası, orijinalmühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi. İnsanitəravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinəçatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətiniqazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuşhər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hissetmişdir”.

Zərifə xanım Əliyevanı tanıyanlar, zamanında ünsiyyətdə olanlaronu məhz gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşıkimi xarakterizə ediblər. O, peşəsinə dəyər verən həkimlərdən idivə humanist dəyərlərə sadiq bir alim olaraq Azərbaycan səhiyyəsinəböyük təsir göstərib. Onun Azərbaycanda oftalmologiya elminininkişafında müstəsna xidmətləri olub. Ötən əsrin 30-40-cıillərindən etibarən Azərbaycanda yayılan və 50-ci illərdə də davamedən traxoma xəstəliyinin kökünün kəsilməsi məhz Zərifə xanımın adıilə bağlıdır.

Akademik Zərifə Əliyeva kimya və elektron sənayelərində peşəfəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasirproblemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən"Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kiminadir elmi əsərlərin müəllifidir. Dünya miqyasındairidodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazmışdı.Onun yazdığı 12 monoqrafiya, oftalmologiyaya dair dərs vəsaitləri,150-yə yaxın elmi iş, 1 ixtira tibb sahəsində unikal nəticələrdənbiri hesab olunur. Moskva oftalmoloji məktəbi Zərifə xanımı"oftalmologiyanın mirvarisi" adlandırırdı.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademikZərifə xanım novator alim idi. Görkəmli alimin daha bir əvəzsizxidməti yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsi idi. Onunrəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin vəhəkim-oftalmoloqların böyük bir nəsli yetişdi.

Mənalı, ziyalı ömrünü insanların sağlamlığına həsr etmiş Zərifəxanımın zəngin elmi irsi növbəti onilliklərin tibbi tədqiqatlarıüçün zəmin yaratdı.

Bu gün Azərbaycanın göz həkimlərinin bir çoxu onun açdığıcığırlarla gedərək, dünyada tanınır və şöhrət qazanır. Öz gözününnurundan milyonlara nur bəxş edən Zərifə xanım Əliyevanın keçdiyişərəfli, zəngin və parlaq ömür yolu hər bir azərbaycanlı alim, hərbir həkim üçün həyat və mənəviyyat məktəbidir, işıqlı yol və sonsuzilham mənbəyidir. 100 illər keçsə belə, oftalmologiya elminininkişafında və Azərbaycanda tibb elminin bu sahəsininnailiyyətlərində əvəzsiz rola malik olan akademik Zərifə Əliyevaxatirələrdə hər zaman səmimi, işıqlı və fədakar bir insan kimiqalacaq.

Sevil Mikayılova

Ümumdünya Parlamentlərarası İttifaqının (IPU)İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisindeputatı

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr