AZ

Türk dövlətlərinin Kipr qərarından sonra Ərdoğan kabineti toplayır

BAKI, 28 aprel. TELEQRAF

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, toplantıda “Terrorsuz Türkiyə” strategiyası çərçivəsində irəliləyişlər araşdırılacaq.

İclasda PKK terror təşkilatının ləğvi və silahlarının təhvil alınması məsələsi müzakirə ediləcək.

Nazirlər Kabinetinin gündəmində Kipr adasındakı hadisələr də var. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan və Türkmənistan) Cənubi Kiprdə səfirlik açmaq qərarına qarşı görüləcək tədbirlər də müzakirə olunacaq. Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması təşəbbüsləri də gündəmdədir. Prezident Ərdoğanın həftəsonu adaya səfəri gözlənilir.

Suriya və Qəzza zolağındakı son durum da müzakirə mövzuları arasındadır.

Seçilən
0
teleqraf.com

1Mənbələr