2025-ci ilin yanvar-mart aylarında Azərbaycan bankları 253.3 milyon manat xalis mənfəət əldə ediblər.
Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı hesbata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 58,2 milyon manat və ya 18,7 faiz azdır.
Banklar bu ilin birinci rübündə 402.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 41,9 milyon manat azdır.