ABŞ prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putini sülhə sadiqliyini nümayiş etdirməyə və Ukraynada döyüşləri dayandırmağa çağırıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbətində bildirib.
“Mən istəyirəm ki, o, zərbələri dayandırsın, oturub müqaviləni imzalasın. Düşünürəm ki, razılaşma əldə etmək üçün şərtlərimiz var və mən onun bunu imzalamasını və bu işi başa vurmasını və normal həyata qayıtmasını istəyirəm”, deyə Tramp jurnalistlərə bildirib.
Qeyd edək ki, Vatikanda Zelenski ilə görüşündən sonra Tramp deyib ki, Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur..
ABŞ prezidenti bu barədə sosial şəbəkədə yazıb: “Bu, məni düşünməyə vadar edir ki, bəlkə də o, müharibəni dayandırmaq istəmir”.
Tramp həmçinin bildirib ki, şənbə günü Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü “yaxşı keçib”.
“Düşünürəm ki, görüş yaxşı keçdi. Gəlin görək qarşıdakı bir neçə gündə nələr olacaq. Çox yeni şeylər öyrənə bilərik. Rusiya tərəfdən gələn raketlər məni çox məyus etdi”, deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, Zelenskinin sülh razılaşmasının əldə olunmasında maraqlı olduğuna inanır.
Poliqon.info