Kiyev Qərbdə Rusiyadan gələn mallara xüsusi rüsum tətbiq etməyi təklif edib və ondan əldə olunan gəlirlər Ukraynanın bərpa fonduna yönəldiləcək...
Poliqon xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal öz Telegram kanalında məlumat verib.
“Bu, Rusiyada siyasi dəyişiklikləri gözləmədən hərəkətə keçməyə imkan verən təzminatların iqtisadi mexanizmidir”, deyə Ukraynanın baş naziri bildirib.
Şmıxal həmçinin qeyd edib ki, Kiyev Rusiyanın dondurulmuş aktivlərinin “tamamilə müsadirə edilməsinin” tərəfdarıdır. Eyni zamanda, baş nazirin sözlərinə görə, Ukrayna Rusiyanın aktivlərindən birbaşa gəlir əldə etməyəcək, bu vəsaitləri Avropa İttifaqının ayırdığı krediti ödəmək üçün istifadə edəcək.
Qeyd edək ki, Rusiya dəfələrlə Ukraynanın avropalı müttəfiqlərinə xəbərdarlıq edib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi oğurluq kimi qiymətləndiriləcək.
Poliqon.info