Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədrinə birinci müavin təyin edilib. “PostMedia”nın əldə etdiyi məlumata görə, birinci müavin vəzifəsinə Samir Hümbətov gətirilib.
O, 2021-ci ildən bu təyinata qədər KOBİA sədrinin müavini vəzifəsini icra edirdi.
Qeyd edək ki, KOBİA sədrinin sabiq birinci müavini Natiq Həsənov bu ilin martında Azərbaycan Maliyyə Nazirliyinin Aparat rəhbəri təyin edilib.
Xatırladaq ki, hazırda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun ümumilikdə 3 müavini var.
Tarix: 28 Aprel 2025, 09:48