AZ

“Qarabağ”a Çempionlar Liqasında ilk potensial rəqiblər

“Qarabağ” 2025-26 mövsümündə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq.

Msport.az saytının məlumatına görə, Azərbaycan çempionluğunu ölkə çempionatının 32-ci turunda “Sabah”la oyunda (1:1) rəsmiləşdirən Ağdam təmsilçisinin ilk potensial rəqibləri də məlumdur.

Qurban Qurbanovun yetirmələri 32.000 əmsalla raundun ən güclüləri arasında olacaq. Təmsilçimizin mümkün rəqibləri “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”dur (San Marino).

“Malmö” (İsveç), “Jalgiris” (Litva), “RFS Riqa” (Latviya), KuPS (Finlandiya) və TNS (Uels) isə “Qarabağ” kimi, güclülərin səbətində olacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Həmin raundun oyunları isə 8-9 iyul və 15-16 iyulda keçiriləcək.

Seçilən
7
msport.az

1Mənbələr