Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Ermənistana rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə prezidentin administrasiyasından bildirilib.
Səfər çərçivəsində M.Kavelaşvili Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təktəbək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdən sonra prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.
Gürcüstanın dövlət başçısının Ermənistanın Baş naziri Nikol Paşinyan və Dünya ermənilərinin katalikosu II Qareginlə də görüşləri planlaşdırılıb.
M.Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski, deputatlar Samvel Manukyan, Sumbat Kiurigeniani və prezidentin xarici əlaqələr üzrə müşaviri Luka Exvaya daxildir.